Press "Enter" to skip to content

Abdullah Eren: Buradakı övladlarımızı yetişdirirsiniz

Abdullah Eren

BAYRAQAR MEDİA – “Azərbaycan və Türkiyədən olan müəllimlər burada şagirdlərin təhsilinə və inkişafına töhfə verirlər: “Buradakı övladlarımızı yetişdirirsiniz. Biz də sizə dəstək oluruq”.

Bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimindəkı çıxışında deyib.

O, qeyd edib ki, məktəbdə Robotik kodlaşdırma laboratoriyasının yaradılması şagirdlərin mühəndislik və texnologiya sahələrində praktiki biliklər qazanması baxımından əhəmiyyətlidir.

Abdullah Eren laboratoriyanın TİKA-nın Bakı ofisinin koordinasiyası ilə yaradıldığını bildirib və layihənin şagirdlər üçün faydalı olacağına əminliyini ifadə edib: “Müasir dünyada əsas məqsədlərdən biri uşaqların və gənclərin gələcəyin tələblərinə uyğun bilik və bacarıqlarla yetişdirilməsidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.