Press "Enter" to skip to content

Birol Akgün: Ən böyük sərmayə insana qoyulan sərmayədir

Birol Akgün

BAYRAQDAR MEDİA – TİKA Azərbaycanda görünən və görünməyən çoxsaylı layihələr həyata keçirib.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

O bildirib ki, robotik kodlaşdırma laboratoriyası kənardan çox görünməsə də, burada dünyanı tanıyan, texnologiyanı bilən, yüksək potensiala malik və xoş niyyətli gənclərin yetişməsinə töhfə verəcək.
Birol Akgün “Bir millət, iki dövlət” şüarına ən yaxşı xidmət edən investisiyaların başında insana qoyulan sərmayənin gəldiyini vurğulayıb.

“Binalar inşa edə, müharibəni qazana bilərsiniz. Lakin rəqabətin hökm sürdüyü dünyada iqtisadi qələbələri, ictimai uğurları və sosial dayanıqlılığı qorumaq istəyirsinizsə, dövrün tələblərinə uyğun düşüncəyə və lazımi bilik və bacarıqlara malik yaxşı insanlar yetişdirməlisiniz”, – deyə səfir qeyd edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.