Press "Enter" to skip to content

“China Energy” ilə yaşıl enerji layihələri və şəbəkə tədqiqatının müzakirəsi

“China Energy” ilə yaşıl enerji layihələri və şəbəkə tədqiqatının müzakirəsi

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovla “China Energy International Group”un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycan ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının gedişatı müzakirə edilib. Tədqiqatın modelləşdirmə mərhələsi, elektrik sisteminin təhlilinin tamamlanması və yekun hesabatın hazırlanması ilə bağlı görülən işlər nəzərdən keçirilib. Qeyd olunub ki, tədqiqatın nəticələri şəbəkənin əlavə bərpa olunan enerji güclərini qəbul etmək imkanlarının müəyyənləşdirilməsi və növbəti bərpa olunan enerji layihələrinin mərhələli inkişafının planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Görüşdə, həmçinin “China Energy”nin Azərbaycanda ilk investisiya layihəsi kimi nəzərdə tutulan 160 MVt gücündə günəş elektrik stansiyasının, habelə Xəzər dənizində külək enerjisi layihəsinin icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.