BAYRAQDAR MEDİA – “Xeyirxahlıq, mərhəmət və yardımlaşma cəmiyyət üçün mühüm mənəvi dəyərlərdir”.
Bunu Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Bir uşağın sabahına işıq ol” adlı ənənəvi 22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimindəki çıxışında deyib.
O, qeyd edib ki, insanlıq olaraq bir neçə əsas prinsipimiz var: “Birincisi, xeyirxah işlərdə yarışmaqdır. Duamız belə olsun: Rəbbim, bizi hər zaman xeyirxah işlərdə yarışanlardan etsin. İkincisi, yenə bir prinsipimiz var. Peyğəmbərimizin xüsusi tövsiyəsi olan hədiyyələşməkdir. Rəbbim hər zaman gücümüzü, qüvvəmizi və maddi imkanlarımızı artırsın ki, sevdiklərimizə və dostlarımıza hədiyyələr verə bilək, inşallah. Üçüncüsü isə belə bir prinsipdir: Ya öyrənən ol, ya öyrədən ol. Bu ikisini edə bilmiriksə, öyrənənə və ya öyrədənə dəstək olaq. Rəbbim, inşallah, hər zaman bu üç qrupdan birinə daxil olmağı bizə nəsib etsin. Hər zaman öyrənməyi və ya öyrətməyi, eyni zamanda bu işi görən insanlara dəstək olmağı bizə nəsib etsin”.
O, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu kimi sosial və humanitar təşəbbüslərlə daha da möhkəmləndiyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz