BAYRAQDAR MEDİA – “Belə gözəl bir gündə burada olmaq, həqiqətən də, qürurvericidir. Gəncliyə Yarım Fondunun 22 il ərzində göstərdiyi fəaliyyəti və əldə etdiyi uğurları ürəkdən təbrik edirəm. Qeyri-hökumət təşkilatı olaraq dəstəyimizi də bildiririk”.
Bunu MÜSİAD Azərbaycanln rəhbəri Fuat Kayhan Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan “Bir uşağın sabahına işıq ol” adlı ənənəvi 22-ci Əl İşləri Xeyriyyə Sərgisinin yekun mərhələsi – hədiyyələrin təqdimat mərasimindəki çıxışında deyib.
Çıxışında uşaq və gənclərə müraciət edən F.Kayhan “siz bizim gələcəyimizin təminatısınız. Buradan baxanda görürəm ki, qarşımızda gələcəkdə həkim, mühəndis, memar, pilot, müəllim, vali, direktor və bir çox digər peşələrin sahibi olacaq gənclər dayanır. Uca Allahdan arzu edirəm ki, hər biriniz bu tədris ilində təhsilinizi uğurla davam etdirəsiniz və gələcəkdə bizi əvəz edə biləcək güclü fərdlər olasınız. Valideynlərimizi də təbrik edirəm. Övladlarınız qarşımızda qürurla dayanırlar. İnşallah, “iki dövlət, bir millət” inamı ilə Türkiyə və Azərbaycanın birliyi sayəsində bu gözəl günləri qarşıdakı illərdə daha möhtəşəm şəkildə təşkil edərək birlikdə qeyd edəcəyik. Gənclərimizə olan bu dəstəyimiz hər zaman davam edəcək”.
F.Kayhan xeyirxah işdə əməyi olan xanımları təbrik edib: “Uşaqlarımıza bu müddətdə göstərilən qayğı və verilən töhfələrə görə, bu işdə əməyi olan hər kəsə, başda hörmətli sədrimiz olmaqla, bütün iştirakçılara təşəkkür edirəm”.






İlk şərhi yaza bilərsiniz