Press "Enter" to skip to content

Azərbaycan millisinin 11 boksçusu Avropa çempionatında

Azərbaycan millisinin 11 boksçusu Avropa çempionatında

BAYRAQDAR MEDİA – Sentyabrın 17-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) dail olub.

Xəbərdə bildirilir ki, “9 gün davam edəcək reytinq xarakterli yarışda Azərbaycan millisi də gücünü yoxlayacaq. Azərbaycan yığması kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar AbdullayevMehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər”.

Ardınca xəbərdə, “qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq. Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı isə ölkəmizin idman şərəfini qoruyacaq. Qeyd edək ki, Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.