BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən himayədar ailələrə verilən və bu il 1-ci sinfə gedən uşaqlara yeni tədris ili münasibətilə məktəbli ləvazimatları təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “məktəbli ləvazimatları ailələrə Nazirliyin sosial tərəfdaşı PASHA Holding tərəfindən təqdim edilib. Məqsəd uşaqların yeni tədris ilinə hazırlığının təmin olunmasına, məktəb ehtiyaclarının qarşılanmasına, təhsil prosesinə daha rahat başlamasına və onların özlərini həmyaşıdları ilə bərabər hiss etməsinə dəstək göstərməkdir”.
Daha sonra xəbərdə, “himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin, onların hüquq və mənafelərinin qorunmasının təmin edilməsidir. Qeyd edək ki, SXA tərəfindən 2023-cü ildən bu günədək 87 uşaq himayədar ailələrə verilib. Onlardan 8 nəfər bu il 1-ci sinfə qədəm qoyur” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz