BAYRAQDAR MEDİA – Azərbaycanın boks üzrə böyüklərdən və gənclərdən (U-19) ibarət milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.
Xəbərdə deyilir ki, “sentyabrın 15-də başlayacaq hazırlıqda 26 ölkənin yığması iştirak edəcək. Toplanışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanov U-19-dan Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Bağışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədovla (90 kq) Səftər Məmmədzadəni (+90 kq), böyüklərdən Nicat Hüseynov, Zəlimxan Süleymanov, Tural Sarıyev (hər üçü 55 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Rasim Çobanlı (80 kq) və Səbuhi Əlizadəni (+90 kq) yoxlayacaqlar. Azərbaycan boksçuları Çində sentyabrın 24-də yekunlaşacaq hazırlığın ertəsi günü “Kəmər və Yol” beynəlxalq turnirində güclərini yoxlayacaqlar. Yarış sentyabrın 29-da başa çatacaq”.
Turnirdə Azərbaycanı Emil Qurbanəliyev hakim kimi təmsil edəcək.






İlk şərhi yaza bilərsiniz