Press "Enter" to skip to content

Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-nin müraciəti

Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-nin müraciəti

BAYRAQDAR MEDİA – Yeni tədris ilinin başlanması münasibətilə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün şagird və tələbələri, müəllimləri və valideynləri təbrik edib, hər birinə uğurlu və təhlükəsiz tədris ili arzulayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə bildirilir ki, “tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranması gözlənilir. Belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir. Təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır. Valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər”.

Sonra xəbərdə, “şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər. BDYPİ hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırıb. Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hər kəsin ortaq məsuliyyətidir” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.