Press "Enter" to skip to content

Çağırışçılara intellektual bölmələrdə xidmət imkanı

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyində (MN) hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar. Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub”.

Sonra xəbərdə, “növbəti çağırış ayı ərzində müddətli həqiqi hərbi xidmətə çağırılan, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici ali təhsil müəssisələrində təhsil almış çağırışçıların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların özləri və ya ailə üzvləri tərəfindən 21.09.2026-cı il tarixədək çağırışçının adı, soyadı və ata adı; çağırış rübü və ili (çağırıldığı tarix); xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarışı intel_unit@mmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Qeyd olunan kateqoriyaya aid çağırışçıların intellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış çağırışçılarla eyni layihə çərçivəsində həyata keçirilir. Bu səbəbdən, qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsi əsasında müəyyən edildiyindən, onların ailə üzvləri tərəfindən əlavə müraciət edilməsinə ehtiyac yoxdur” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.