BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” üzrə işçi qrupun növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iclasda Strategiyanın “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” Milli Prioriteti üzrə 2026-cı ilin birinci yarısında görülmüş işlər müzakirə olunub. ETSN-də təşkil olunan iclasda Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədi üzrə 2026-cı ilin ötən dövrü ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Yüksək keyfiyyətli ekoloji mühit” məqsədinin icrası üzrə 2026-cı ilin birinci yarımilinə dair monitorinq və qiymətləndirmə nəticələri təqdim edilib”.
Ardınca xəbərdə, “iclasda Strategiya üzrə müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görülmüş işlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, işçi qrupa üzv qurumların təmsilçilərinin rəy və təklifləri dinlənilib, icra prosesinin səmərəliliyinin artırılması və Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması üçün aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz