Press "Enter" to skip to content

Əlilliyi olan şəxslər üçün inklüziv məşğələlər

Əlilliyi olan şəxslər üçün inklüziv məşğələlər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) sosial sifarişləri ilə icra olunan “İnklüziv cəmiyyət naminə bərabər hüquqlar və imkanların təşviq edilməsinə dəstək” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün inklüziv məşğələlər həyata keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, ““DanceAbility Azerbaijan” tərəfindən təşkil edilən məşğələlər əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi və onların sosial iştirak imkanlarının artırılması məqsədi daşıyır. Burada iştirakçılar rəqs və hərəkət vasitəsilə özünüifadə, ünsiyyət və komanda daxilində qarşılıqlı fəaliyyət imkanlarını inkişaf etdirirlər. İnklüziv yanaşma nəticəsində hər bir iştirakçı fiziki imkanlarından asılı olmayaraq prosesə fəal şəkildə qoşula və öz potensialını ifadə edə bilir”.

Layihə çərçivəsində ümumilikdə, 100-dən çox əlilliyi olan şəxs bu məşğələlərə cəlb edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.