BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün 15 Sentyabr – Bilik Gününə həsr olunmuş tədbir təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə bu il 1-ci sinfə yeni başlayacaq uşaqlar, eləcə də məktəbi başa vuran gənclər ədəbi-bədii kompozisiya ilə çıxış edib, öz bacarıqlarını nümayiş etdiriblər. Səsləndirilən şeirlər və müxtəlif rəqs nömrələri böyük maraqla qarşılanıb. Sonda məktəblilərə yeni tədris ilində uğurlar arzulanıb”.






İlk şərhi yaza bilərsiniz