Press "Enter" to skip to content

Müdafiə naziri Belarus Respublikasının müdafiə naziri ilə görüşüb – VİDEO

Görüş zamanı

BAYRAQDAR MEDİA – 13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Mission News Theme by Compete Themes.