Press "Enter" to skip to content

İranla əlaqəli jurnalistləri izləyən casus proqramı

İranla əlaqəli jurnalistləri izləyən casus proqramı

BAYRAQDAR MEDİA – Britaniya, ABŞ və Niderland İranla əlaqəli şəxslərin müxalifləri, fəalları və jurnalistləri hədəf almaq üçün istifadə etdiyi iddia olunan “CHOSEN BRICK” casus proqramı ilə bağlı birgə xəbərdarlıq yayıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Xəbərdə deyilir ki, ““Reuters”in məlumatına görə, Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi (NCSC) zərərli proqramın elektron poçtları və mesajları oğurlaya, sosial media hesablarına və cihazların mikrofonuna giriş əldə edib, ekran görüntüləri çəkə bildiyini açıqlayıb. Mərkəzin məlumatına görə, hücum edənlər qurbanları zərərli proqramı yükləməyə inandırmaq üçün etibar etdikləri şəxslərin kimliyindən istifadə edib, habelə, saxta sənədlər, o cümlədən saxta MRT nəticələri göndəriblər”.

Bildirilib ki, “ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) isə İranın Kəşfiyyat Nazirliyinin bu zərərli proqramdan kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə etdiyini bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.