Press "Enter" to skip to content

Bakı–Sumqayıt marşrutu üzrə qatarların sayı artırılır

BAYRAQDAR MEDİA – Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı artırılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, sentyabrın 17-dən həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq: “Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək.

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq. Yenilənmiş hərəkət cədvəli ilə ADY-nin rəsmi saytında tanış olmaq mümkündür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.