Son yeniləmə: 16 Sentyabr 2026
BAYRAQDAR MEDİA – Təhsilalanların yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi tərəfindən həyata keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar daha geniş vüsət alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Respublika üzrə bütün təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib, nəqliyyatın və piyadaların rahat və təhlükəsiz hərəkəti diqqətdə saxlanılıb. Nizamlanma vasitələrinin monitorinqi aparılmaqla, zəruri tədbirlər görülüb. Eyni zamanda, təhsil ocaqlarında maarifləndirici görüşlər təşkil olunub, təhsilalanlara piyada keçidlərindən düzgün istifadə, svetoforun tələblərinə əməl etmək, yolu keçərkən diqqətli olmaq və digər mühüm təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib”.
Bir sıra təhlükəsizlik məsələləri, xüsusi ilə piyada keçidlərindən düzgün istifadə qaydaları məktəblilərə əyani şəkildə nümayiş olunub.






İlk şərhi yaza bilərsiniz