Son yeniləmə: 16 Sentyabr 2026
BAYRAQDAR MEDİA – Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır. Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir”.






İlk şərhi yaza bilərsiniz