Press "Enter" to skip to content

Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər – VİDEO

Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər

BAYRAQDAR MEDİA – Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “heyvan mənşəli məhsullar vasitəsilə exinokokk və trixinella kimi parazitlər ət vasitəsilə insan orqanizminə daxil olaraq müxtəlif fəsadlara səbəb ola bilər. Antisanitar şəraitdə kəsim zamanı ətin Salmonella, E. colinin O157 seroqrupu və Listeria kimi patogen mikroorqanizmlərlə çirklənməsi və qida zəhərlənməsi riskini artırır. AQTA bir daha istehlakçıların diqqətinə çatdırıb ki, ət və ət məhsulları yalnız baytarlıq nəzarətindən keçmiş, müvafiq qaydada fəaliyyət göstərən kəsim məntəqələrindən və satış obyektlərindən alınmalıdır. Qanunsuz kəsim məntəqələrində əldə edilən ət məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər”.

Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması məqsədilə AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.