Press "Enter" to skip to content

Rektor TTK sədrini ziyarəti edib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel ötən ay Türk Tarix Qurumu (TTK) sədrliyinə təyin edilən Prof. Dr. Haluk Selviyə baş çəkib.

Görüş zamanı rektor Prof. Dr. Yusuf Adıgüzel Prof. Dr. Haluk Selvini yeni vəzifəsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ali təhsil və akademik fəaliyyətlərlə yanaşı, Türk tarixinin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılmasına yönəlmiş işlər ətrafında fikir mübadiləsi aparılıb.

Anadolu Universiteti ilə Türk Tarix Qurumu arasında akademik və elmi fəaliyyətlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilə biləcək əməkdaşlıq imkanlarının da müzakirə olunduğu görüşdə universitetlərin və elmi müəssisələrin tarix sahəsində aparılan araşdırmalara verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.

Prof. Dr. Haluk Selvi isə ziyarətdən məmnunluğunu ifadə edərək rektor Prof. Dr. Yusuf Adıgüzələ təşəkkür edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.