Press "Enter" to skip to content

KYK yataqxanaları yeni tədris ilinə hazırdır

KYK yurdu

BAYRAQDAR MEDİA – Iğdır Gənclik və İdman İl Müdirliyinə bağlı Kredit və Yataqxanalar Qurumu (KYK) tələbə yataqxanalarında yeni tədris ili öncəsi başlanan təmir, bərpa və yenilənmə işləri başa çatdırılıb. Yeni tədris ili öncəsi demək olar ki, başdan-başa yenilənən yataqxanalar qapılarını tələbələrin üzünə açmağa hazırlaşır.

Bu barədə igdirhaber.net satı məlumat yayıb.

Bildirilib ki, tələbələrin daha rahat, təhlükəsiz və sakit şəraitdə yaşamasını təmin etmək məqsədilə aparılan genişmiqyaslı işlər çərçivəsində yataqxana binalarının ümumi baxışı və fiziki şəraitin yenilənməsi diqqətlə həyata keçirilib.

Aparılan hazırlıq işləri ilə bağlı açıqlama verən Iğdır Gənclik və İdman İl Müdiri Recai Şahin yataqxanaların yeni tədris ilinə tam hazır vəziyyətə gətirildiyini bildirib.

“Yataqxana Xidmətləri müdürümüz və əməkdaşlarımızın fədakar fəaliyyəti nəticəsində bütün yataqxanalarımızı yeni tədris ilinə tam hazır vəziyyətə gətirdik”, – deyə o bildirib.

KYK Yataqxana Xidmətləri müdiri Serkan Çatak da hazırlıq prosesinin başa çatdığını vurğulayıb.

“KYK Yataqxana Xidmətləri olaraq yataqxanalarımızda bütün işləri başa çatdırdıq. Tələbələrimizin təhlükəsiz, sakit və rahat yataqxana şəraitində qala bilmələri üçün bütün lazımi tədbirləri gördük və hazırlıqları tamamladıq. Yeni tədris ilində dəyərli tələbələrimizi qarşılamaqdan böyük məmnunluq duyacağıq”, – deyə Çatak bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.