BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov budəfəki vətəndaş qəbulunu Saatlıda keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Saatlı ilə yanaşı, Sabirabad rayonunun sakinlərinin də iştirak etdiyi qəbulda 20-yə yaxın imtiyazlı şəxs iştirak edib. İştirakçılar Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciətlərini bildiriblər. Hər bir müraciət qeydiyyata alınıb və həll edilməsi üçün aidiyyəti üzrə tapşırıq verilib. Mənzil, avtomobil, sanatoriya-kurort yollayışları ilə təminat və digər sosial məsələlərlə bağlı müraciəti olan hər bir imtiyazlı vətəndaş qəbullarda iştirak edə bilərlər. Bunun üçün Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng etmək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərmək, yerli filiala yaxınlaşmaq, həmçinin sosial şəbəkə hesablarına müraciət etmək mümkündür”.






İlk şərhi yaza bilərsiniz