BAYRAQDAR MEDİA – Karsda yerləşən Ani Arxeoloji Ərazisində “Gələcəyə miras” layihəsi çərçivəsində inşası davam etdirilən 3 kilometrlik piyada yolunun 1,5 kilometrlik hissəsi artıq tamamlanıb.
Bu barədə karshakimiyet.com məlumat verib.
Bildirilib ki, Karsın mühüm tarixi və turizm məkanlarından biri olan Ani Arxeoloji Ərazisində ziyarətçi təcrübəsinin yaxşılaşdırılması və tarixi dokunun qorunmasına yönəlmiş işlər davam edir. Ani Arxeoloji Ərazisi Qazıntı Rəhbərliyi tərəfindən layihələndirilən ümumilikdə 3 kilometr uzunluğundakı piyada yolunda işlərin yarısı başa çatdırılıb.
“Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirilən işlərin əsas məqsədi Aninin unikal tarixi simasının qorunaraq gələcək nəsillərə çatdırılması və ziyarətçilərin ərazini daha rahat gəzə bilməsinin təmin edilməsidir.






İlk şərhi yaza bilərsiniz