Press "Enter" to skip to content

Ahılların asudə vaxtlarının səmərəli təşkili məqsədilə gəzintilər

Ahılların asudə vaxtlarının səmərəli təşkili məqsədilə gəzintilər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən evdə (səyyar) sosial xidmət göstərilən ahılların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif rayonlarda gəzintilər təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Agentliyin Lənkəran-Astara və Şirvan-Salyan regional filialları tərəfindən təşkil edilən tədbirlərdə ümumilikdə 30-a yaxın ahıl şəxs iştirak edib. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil olunan gəzintilər zamanı ahılların istirahət etmələri və xoş vaxt keçirmələri üçün park və istirahət məkanlarında müxtəlif fəaliyyətlər həyata keçirilib. Ahıllar təbiətdə vaxt keçirib, səmimi söhbətlər ediblər, şahmat və digər stolüstü oyunlar oynayıblar”.

Qeyd edək ki, ahılların cəmiyyətə inteqrasiyasının və fəal həyat tərzinin dəstəklənməsi məqsədilə bu cür tədbirlər mütəmadi olaraq keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.