Press "Enter" to skip to content

8 nəfər tacikistanlı Azərbaycanda təhsil alacaq

8 nəfər tacikistanlı Azərbaycanda təhsil alacaq

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 nəfər Tacikistan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə bildirilir ki, “əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar. Tədris proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.