BAYRAQDAR MEDİA – Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı adını 1/4 finala yazdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.
Xəbərdə bildirilir ki, “Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Azərbaycan təmsilçisi 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq. Qardaş Rəhimov (54 kq) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçu rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikita Beskaravainy (Belarus) ilə üz-üzə gələcək. Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək”.
Sonra xəbərdə, “Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək. Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq. Bu boksçular 1/4 döyüşlərinə oktyabrın 8-də çıxacaqlar. Qeyd edək ki, daha öncə Azərbaycan millisinin daha 6 idmançısı adını 1/4 finala yazdırıb, daha 3 boksçumuz isə 1/8 final döyüşünə çıxacaq” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz