Press "Enter" to skip to content

Naxçıvan böyük görüşə hazırlaşır

BAYRAQDAR MEDİA – Türk dünyasının tarixi və coğrafi kilit nöqtəsi olan Naxçıvan növbəti beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etməyə hazırlaşır.

Regional inteqrasiya və strateji əməkdaşlıq çərçivəsində təşkil olunacaq Kültürel Diplomasi Forumu Türk dövlətləri arasındakı mədəni, siyasi və iqtisadi bağları daha da möhkəmləndirmək məqsədini daşıyır.
Kültürel Diplomasi Forumu mədəniyyət, incəsənət, təhsil və elmin beynəlxalq əlaqələrdə diplomatik bir alət kimi istifadəsini araşdıran, siyasətçiləri, diplomatları, akademiyaları və gənc liderləri bir araya gətirən beynəlxalq platformadır.

Naxçıvan bəyannaməsinin ruhuna uyğun olaraq keçiriləcək bu forum, Türk dünyasının ortak gələcəyə doğru növbəti strateji addımı kimi qiymətləndirilir.

Qeyd edək ki, Forum 9 oktyabrda Naxçıvan şəhərində təşkil olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.