Press "Enter" to skip to content

Pakistanlı nazir İstanbul Universitetində olub

İstanbul Universiteti

BAYRAQDAR MEDİA – Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri professor Ahsan Iqbal İstanbul Universitetini ziyarət edərək rektor professor Osman Bülent Zülfikarla görüşüb. Tərəflər Türkiyə ilə Pakistan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin akademik, elmi və texnoloji sahələrdə inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, görüşlərdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin hazırlanması və ali təhsil sahəsində təcrübə mübadiləsinin artırılması məsələləri diqqət mərkəzində olub.

Nazir universitetin müəllim və tələbələri ilə görüşündə yeni texnologiyalar, rəqəmsal transformasiya və gənclərin qlobal miqyasda rolu barədə danışıb, tələbələrin suallarını cavablandırıb. Ahsan Iqbal qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edib və rektor Osman Bülent Zülfikarı akademik əlaqələrin inkişafı üçün Pakistana dəvət edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.