BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin ailəsini ziyarət ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “görüş zamanı şəhidin həyatından və şərəfli döyüş yolundan danışılıb. Qeyd edilib ki, Surxay Noçuyevin Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. O, Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin çoxsaylı canlı qüvvə və texnikasını məhv edən S.Noçuyev Şuşa şəhəri ərazisində keçirilən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub”.
Ardınca xəbərdə, “Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Görüşdə iştirak edən Agentlik əməkdaşları Surxayın əziz xatirəsinin daim ehtiramla yad edildiyini qeyd ediblər. Şəhidin ailə üzvlərinin isə hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz