BAYRAQDAR MEDİA – Somali səfirliyinin təhsil və mədəniyyət attaşesi Asha Mohamed Mohamud və Afrika tələbələri üzrə nümayəndə Farah Ahmed Abdulkadir İğdır Universitetinin rektoru professor Ekrem Gürellə görüşüblər. Görüşdə Somali ilə universitet arasında təhsil və mədəniyyət əlaqələri, afrikalı tələbələrin təhsil prosesi və universitet həyatına uyğunlaşması müzakirə olunub.
Bu barədə universitetdə məlumat verilib.
Bildirilib ki, rektor Gürel beynəlxalq tələbələrin universitetin akademik və mədəni mühitini zənginləşdirdiyini, Afrika ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiklərini bildirib.
Attaşe Mohamud isə universitetin xarici tələbələr üçün yaratdığı imkanları yüksək qiymətləndirərək tərəflər arasındakı əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd edib.






İlk şərhi yaza bilərsiniz