Press "Enter" to skip to content

İstanbulda “Zəfər Turniri 2026” keçirilib

İstanbulda “Zəfər Turniri 2026” keçirilib

BAYRAQDAR MEDİA – İstanbulda yerləşən “Kemer Country Golf Club”-da Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi ənənəvi qolf yarışı – sayca 4-cü “Zəfər Turniri 2026” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qolf Federasiyasından (AQF) daxil olub.

Xəbərdə deyilir ki, “yarış Azərbaycan və Türkiyə Qolf Federasiyaları arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi, hər iki qardaş ölkədə qolf idmanının inkişafı, eləcə də idmançılar arasında qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır. “Zəfər Turniri” hər il növbə ilə Azərbaycan və Türkiyədə təşkil olunur. Bu dəfə yarışa Türkiyə ev sahibliyi edib. Turnirdə hər iki ölkənin qolfçuları iştirak ediblər. Yarış dostluq və sağlam rəqabət şəraitində keçib. Yarışı AQF-in prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının (TQF) rəhbəri Yıldırım Demirören də izləyiblər”.

Daha sonra xəbərdə, “R.Xəlilov turnirin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Y.Demirörenə, eləcə də yerli federasiyanın əməkdaşlarına və üzvlərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib. R.Xəlilov qolfun yalnız idman növü deyil, həm də xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm vasitə olduğunu qeyd edib. O, Azərbaycan və Türkiyə üçün artıq ənənəyə çevrilmiş bu turnirin əhəmiyyətini vurğulayıb və iki ölkə arasında idman əməkdaşlığının gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini bildirib” deyə qeyd edilir.

Xəbərdə eləcə də bildirilir ki, “idman sahəsində “Bir millət, iki dövlət” prinsipinin növbəti təzahürü olan “Zəfər Turniri 2026” Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, qarşılıqlı hörmətin və möhkəm idman əməkdaşlığının rəmzinə çevrilib. AQF iki ölkə arasında qolf sahəsində əməkdaşlığın genişləndirilməsini, eləcə də bu ənənəvi turnirin gələcəkdə də keçirilməsini dəstəkləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.