BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələri möhkəmləndirmək məqsədi daşıyan “Türkiyə-Azərbaycan İncəsənət Həftəsi” oktyabrın 13-də İğdırda keçiriləcək. Saat 19:00-da İğdır Mədəniyyət Mərkəzində başlayacaq proqramda Azərbaycanın tanınmış dövlət sənətçiləri Gülyanaq Məmmədova, İlkin Dövlətov və Elgün Quliyev konsert proqramı ilə çıxış edəcəklər.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və ənənəvi ornamentlərini əks etdirən milli geyim dəfiləsi də təşkil olunacaq.
Təşkilatçılar İğdır sakinlərini tədbirə dəvət edərək iki ölkə arasında qardaşlıq və mədəni həmrəyliyin əhəmiyyətini vurğulayıblar.






İlk şərhi yaza bilərsiniz