Son yeniləmə: 22 Oktyabr 2026
BAYRAQDAR MEDİA– Anadolu Universitetinin Açıq Təhsil fakültəsi tələbələrin maliyyə imkanlarını nəzərə alaraq təhsil haqlarını mövcud səviyyədə saxlamağa davam edir. Əlçatan ödəniş siyasəti ikinci universitetdə təhsil almaq və ya tələbə əfvi vasitəsilə yarımçıq qalmış təhsilini davam etdirmək istəyənlər üçün yeni imkanlar yaradır.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, ikinci Universitet proqramı ali təhsil alanlara və məzunlara imtahansız şəkildə başqa sahədə bilik və bacarıq qazanmaq imkanı verir. Tələbə əfvi isə müəyyən şərtlərə cavab verən şəxslərin yarımçıq qalmış təhsillərini tamamlamasına şərait yaradır.
Fakültənin çevik təhsil modeli tələbələrə iş və gündəlik həyatla yanaşı təhsillərini davam etdirməyə imkan verir. Proqramlar, müraciət şərtləri və qeydiyyat qaydaları barədə ətraflı məlumatı anadolu.edu.tr/acikogretim ünvanından əldə etmək mümkündür.






İlk şərhi yaza bilərsiniz