Press "Enter" to skip to content

Rumıniyanın dövlət xəbər agentliyi Vüqar Orucdan bəhs edib

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Rumıniyaya işgüzar səfəri bu ölkənin milli xəbər agentliyi AGERPRES tərəfindən işıqlandırılıb.

Bu barədə AQC-dən məlumat verilib.

Məlumatda deyilir ki, Rumıniyanın rəsmi dövlət xəbər agentliyinin səfərə diqqət ayırması Azərbaycan və Rumıniya arasında qiymətləndirmə sahəsində əməkdaşlığın inkişafına, keçirilən görüşlərə və əldə olunan razılaşmalara marağı əks etdirir.

Agentliyin materialında Vüqar Orucun Rumıniya Senatının üzvləri ilə görüşləri, AQC ilə Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası (ANEVAR) arasında əməkdaşlıq memorandumunun imzalanması və peşəkar əlaqələrin genişləndirilməsi məsələləri yer alıb.

Səfər çərçivəsində 2028-ci ildə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGoVA) beynəlxalq toplantısının Bakıda keçirilməsi təşəbbüsü də diqqət mərkəzində olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.