Press "Enter" to skip to content

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob

BAYRAQDAR MEDİA – 27-29 oktyabr tarixlərində Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “oktyabrın 22-də Dənizkənarı Milli Parkda Forumun təşkilati işlərində fəal iştirak edəcək 1 min 500-dən çox könüllünün qatıldığı fləşmob təşkil olunub. Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, həmçinin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq edərək bu mesajları geniş auditoriyaya çatdırmaqdır”.

Yüksək enerji və komanda ruhu ilə seçilən fləşmob gənclərin ortaq dəyərlər ətrafında birləşməsini nümayiş etdirməklə yanaşı, Forumun ideya və məqsədlərinə də diqqət çəkib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.