BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Mərdəkan Reabilitasiya Pansionatının benefisiarları üçün reabilitasiya təcrübəsinin yeni istiqaməti kimi meşə terapiyası (Forest bathing) təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Mərkəzi Nəbatat Bağında keçirilən terapiyaya Pansionatın xidmətlərindən yararlanan 20-yə yaxın əlilliyi olan şəxs cəlb edilib. Tədbir çərçivəsində iştirakçılar təbiəti duyğular vasitəsilə qavramaq, ətraf mühiti müşahidə etmək və təbiətlə şüurlu təmas qurmaq imkanı əldə ediblər. Yapon mənşəli shinrin-yoku yanaşması təbiətlə şüurlu təmasa əsaslanır. Elmi araşdırmalar bu təcrübənin stressin azalmasına və psixoloji rifahın dəstəklənməsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyur”.
Terapiya benefisiarların psixoloji rifahının dəstəklənməsi məqsədi daşıyıb.






İlk şərhi yaza bilərsiniz