BAYRAQDAR MEDİA – Hazırda ölkə üzrə beyin qan dövranı pozğunluğu səbəbindən 7,1 min əlilliyi olan şəxs var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, insult şübhəsi olan şəxslərlə bağlı müayinə və müalicə xidmətləri də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
Belə ki, insultla bağlı ixtisaslı həkim müayinəsi, qanaxma olub-olmadığını müəyyən etmək üçün beyin KT, beyin toxumasının zədələnmə dərəcəsini daha dəqiq görmək üçün MRT, beyin damarlarında tıxanıqlığın olub-olmamasını aşkarlamaq üçün angioqrafiya, EKQ və ürək müayinələri, şəkər, laxtalanma, elektrolitlər və digər göstəriciləri təyin etmək üçün laborator testlər icbari tibbi sığorta əsasında aparılır.
Ağırlaşma dərəcəsinə əsasən pasiyentə zəruri hallarda stasionar yatış təyin olunur. Stasionar yatış sonrası fizioterapiya və reabilitasiya xidmətləri də icbari tibbi sığorta ilə həyata keçirilir.
Bu xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilrliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən icbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrində göstərilir.
Yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin, ürək ritminin pozulması, siqaret çəkmək, piylənmə və hərəkətsizlik insult riskini artırır. Risk faktorlarının nəzarətdə saxlanılması insultun qarşısının alınmasında mühüm rol oynayır.






İlk şərhi yaza bilərsiniz