Press "Enter" to skip to content

Vətən müharibəsi şəhidi ailəsi ziyarət edilib

Vətən müharibəsi şəhidi ailəsi ziyarət edilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rəşad Quliyevin ailəsini ziyarət edib, şəhidin övladları Dərya və İnci ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ziyarət zamanı şəhidin vətəninə olan bağlılığından, hərbi xidmət dövründən və döyüş yolundan bəhs edilib. Qeyd olunub ki, o, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. R.Quliyev Vətən müharibəsi zamanı Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. nF.Ağayev şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini, onların ailələrinin və övladlarının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb”.

Qeyd edək ki, şəhidin ailəsi müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib. Şəhidin yoldaşı Nazirlik tərəfindən Xocəsən qəsəbəsində yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillə təmin olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.