Press "Enter" to skip to content

“Xalçalar diyarı” sərgisi açılıb

“Xalçalar diyarı” sərgisi açılıb

BAYRAQDAR MEDİA – Oktyabrın 29-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində “Xalçalar diyarı” adlı sərgi açılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMXM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərgi Azərbaycan xalça sənətinin zəngin irsini müasir bədii yanaşmalarla bir araya gətirərək ənənə ilə innovasiya arasındakı yaradıcı dialoqu nümayiş etdirir. Ekspozisiyada sözügedən Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsi, müasir rəssamlar Mədinə və Nərmin Nəcəffin, eləcə də xalça mütəxəssisi Yaşar Malfouzinin əsərləri təqdim olunur. Lətif Kərimovun 120 illik yubileyi münasibətilə sənətkarın müəllifi olduğu iki eskiz əsasında ilk dəfə toxunmuş relyefli ipək xalçalar sərginin diqqətçəkən nümunələri sırasında yer alır. Onun zəngin yaradıcılıq irsinə müasir baxış AMXM və HUG.art platformasının birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal sənət müsabiqəsinin qaliblərinin əsərləri ilə davam etdirilir”.

Sonra xəbərdə, “ekspozisiyada Mədinənin və Nərmin Nəcəffin rəsm əsərləri əsasında toxunmuş yeni xalçalar da yer alır. Bu əsərlər təsviri sənətlə ənənəvi toxuculuq arasında mükəmməl yaradıcı əlaqəni, xalçanın müasir bədii ifadə vasitəsi kimi geniş imkanlarını nümayiş etdirir. Sərgidə həmçinin AMXM-in kolleksiyasında qorunan XIX əsr nümunəsi olan Bakıya aid “Quşlu” xalçası əsasında hazırlanmış relyefli xalça, eyni zamanda, Yaşar Malfouzinin müəllifi olduğu iki relyefli xalça təqdim olunur. “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” layihəsi çərçivəsində Əməkdar rəssam Faiq Əhmədin muzeydə davam edən “Faiq Əhməd: 2011-2024-cü illər dövrü” sərgisi də 3 yeni əsərlə zənginləşdirilib” deyə qeyd edilir.

Sərgi noyabrın 29-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.