Press "Enter" to skip to content

Zəfər Gününə həsr olunmuş veloyürüş

Zəfər Gününə həsr olunmuş veloyürüş

BAYRAQDAR MEDİA – Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AVİF-dən daxil olub.

Xəbərdə deyilir ki, “8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli yığma komandalarının üzvləri iştirak ediblər. Tədbirin sonunda AVİF tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib”.

Daha sonra xəbərdə, “veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların idmana cəlb edilməsidir. Bu cür tədbirlər, eyni zamanda, uşaqlar arasında dostluq və həmrəylik əlaqələrinin möhkəmləndirilməsinə, gənc nəslin Vətənə bağlılıq ruhunda yetişməsinə və Zəfər Gününün daşıdığı tarixi əhəmiyyətin daha dərindən dərk olunmasına töhfə verir” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.