Press "Enter" to skip to content

Arıqlama çayları sağlam həyat tərzini əvəz etmir – VİDEO

Arıqlama çayları sağlam həyat tərzini əvəz etmir

BAYRAQDAR MEDİA – Sosial şəbəkələrdə “möcüzəvi arıqlama” vəd edən məhsulların piyləri əritdiyinə və qalıcı nəticə verdiyinə dair iddiaların elmi əsası yoxdur. Belə vasitələrdən istifadə zamanı tərəzidə müşahidə olunan çəki azalması piy kütləsinin deyil, əsasən bədəndəki suyun və əzələ kütləsinin itirilməsi ilə bağlı ola bilər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) daxil olub.

Xəbərdə qeyd olunur ki, “AQTİ-nin Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, diyetoloq İlqar Şamilov bildirir ki, elmi sübutlarla təsdiqlənməyən bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər yarada bilər. Buna görə də qısa müddətdə arıqlama və ya orqanizmin tam təmizlənməsi vəd edən reklamlara aldanmaq olmaz. Bu cür məhsullardan istifadə etməzdən əvvəl onların tərkibi, istehsalçısı və təhlükəsizlik göstəriciləri mütləq yoxlanılmalıdır. Yalnız məşhurların tövsiyələrinə və sosial şəbəkələrdə paylaşılan “əvvəl və sonra” fotolarına inanaraq qərar vermək düzgün deyil. Arıqlama çayları sağlam həyat tərzini və fiziki aktivliyi əvəz etmir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.