Press "Enter" to skip to content

İzmirdə uşaqların sağlamlığı naminə akademik güclər birləşib

Ege Universiteti

BAYRAQDAR MEDİA – Ege Universitetinin Tibb Fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasının ev sahibliyi ilə “Dəyişən dünyada pediatr olmaq” mövzusunda 3-cü Beynəlxalq İzmir Pediatriya Konqresi keçirilib.

Kuşadasında təşkil olunan tədbirə İzmirin yeddi universitetinin akademik nümayəndələri, mütəxəssis həkimlər və səhiyyə işçiləri qatılıblar. Ege Universiteti ilə yanaşı, Dokuz Eylül, İzmir Katip Çələbi, Bakırçay, İzmir Demokratiya, İzmir İqtisadiyyat və İzmir Tınaztəpə universitetləri də konqresə akademik töhfə veriblər.

Konqresdə uşaq sağlamlığının gələcəyi, rəqəmsal dövrün yenilikləri, müasir texnologiyaların diaqnostika və müalicə proseslərinə inteqrasiyası müzakirə olunub. Tədbirə professor Can Balkan rəhbərlik edib, professor Adem Aydın və professor Bumin N. Dündar isə həmsədr olublar.

Professor Can Balkan pediatriya sahəsində artan çətinliklərə diqqət çəkərək, bu ixtisasın uşaqların həyatında mühüm dəyişikliklər yaratmaq və gələcəyə ümid vermək baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Üç gün davam edən konqres peşəkar təcrübə mübadiləsinin və səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.