Press "Enter" to skip to content

Çin nümayəndə heyəti Dram Teatrında

Çin nümayəndə heyəti Dram Teatrında

BAYRAQDAR MEDİA – Noyabrın 24-də Çinin Qansu Vilayəti UNESCO Assosiasiyasının prezidenti, UNESCO Assosiasiyaları, Mərkəzləri və Klubları Ümumdünya Federasiyasının 42-ci İcraiyyə Komitəsinin icraçı üzvü Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti Akademik Milli Dram Teatrının qonağı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dram Teatrının mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov qeyd edib ki, rəhbərlik etdiyi teatr Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir. Görüşdə 2025-ci ildə Akademik Milli Dram Teatrı və Qansu Milli Dram Teatrı arasında bağlanmış əməkdaşlıq haqqında Memorandum xatırladılıb, inkişaf perspektivləri müzakirə olunub. Qarşılıqlı qastrol səfərləri, rejissor mübadiləsi, səhnə-texniki əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. D.Yongjun qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq Qansu Milli Dram Teatrı ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlığın iki xalq arasında dostluq münasibətlərinə də böyük töhfə verəcəyinə inandığını qeyd edib. Növbəti illərdə Azərbaycan teatrının tamaşalarının Pekin, Şanxay və Qansu şəhərlərində nümayiş olunmasının, yeni əməkdaşlıq layihələrinin davam etdirilməsinin önəmini qeyd edib. Görüşdə həmçinin Qansu Vilayəti UNESCO Assosiasiyasının idarə heyətinin üzvləri Zhang Junbao və An Mandong, eləcə də Qansu Vilayəti UNESCO Assosiasiyasının məsləhətçisi Song Guangxiao iştirak ediblər”.

Daha sonra xəbərdə, “bildirilib ki, iki teatr arasında imzalanan Memorandumun növbəti mərhələsi olaraq Qansu Milli Dram Teatrının rəhbərliyi 10 mart – Milli Teatr Günündə Akademik Milli Dram Teatrının təşkil edəcəyi yubiley tədbirində iştirak edəcəklər. 2027-ci ilin aprel ayında Qansu Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşalardan biri Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq. May ayında isə qastrol səfəri çərçivəsində Akademik Milli Dram Teatrında hazırlanan Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşa Pekin şəhəri və Qansu vilayətində nümayiş olunacaq. Sonra “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqinə tamaşa edilib. Qeyd edək ki, “Ölünün diriləri ziyarəti” tamaşası 2027-ci ildə Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi münasibətilə təşkil olunacaq mədəniyyət tədbirləri çərçivəsində hazırlanır. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, bəstəkarı Azər Hacıəsgərli, tərcüməçisi Etimad Başkeçid, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Seyidxanım Muradova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.