Press "Enter" to skip to content

Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib

Bayraqdar.info – Bakı Dövlət Sirkinin orkestr heyəti 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar olaraq Zabitlər bağında çıxış ediblər.

Bu barədə bayraqdar.info-ya sentyabrın 20-də Bakı Dövlət Sirkindən xəbər verilib.

“Orkestr heyəti repertuarında əsasən Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın bu olsun”, “Arşın mal alan” operettalarında yer alan musiqiləri səsləndiriblər.

“Qeyd edək ki, 18 sentyabr dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Azərbaycan Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında qeyd edilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.