Press "Enter" to skip to content

Xalça Muzeyində növbəti mühazirə keçiriləcək

Milli Xalça Muzeyi

Bayraqdar.info – Azərbaycan Milli Xalça Muzeyi “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin “Parça, geyim, tikmə” kolleksiyasının ən qədim eksponatı olan XII–XIII əsrlərə aid “Xaraba Gilan”dan tapılan parça fraqmentinin tarixinə dair mühazirə keçiriləcək.

Muzeydən bayraqdar.info-ya sentyabrın 23-də bu haqda bildirilib.

“Sentyabrın 24-də reallaşacaq mühazirə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli tərəfindən Azərbaycan dilində təqdim olunacaq.

“Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər. İştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.