Press "Enter" to skip to content

Saxta COVID-19 pasportunun verilməsi ilə bağlı cinayət işi

COVID-19 yoxlanışı

Bayraqdar.info – Ağstafa rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Məlumat bayraqdar.info-ya sentyabrın 29-da Baş Prokurorluqdan verilib.

“Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

“Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.