Press "Enter" to skip to content

Kanadalı senator ölkəsini uyğurlara yardıma çağırdı

Bayraqdar.info – Sentyabrın 28-də Kanadanın Kvebekdən olan senatoru, keçmiş sədr Leo Housakos ölkəsinin kommunist Çini dayandırmaq üçün uyğurlara daha artıq yardım etməsinin vacibliyini bildirib. O, uyğur fəallarla görüşərək Çinin uyğurlara qarşı təhdidlərini müzakirə etdikdən sonra bu mövqeyini bir daha açıqlayıb.

Uyghur Times-ın yazdığına görə, L.Housakos görüşün ardından sosial media hesabında paylaşım edərək bu fikirləri ictimailəşdirib.

Qeyd edək ki, Kanadalı senator Dünya Uyğur Qurultayının başqanı Dolkun İsa və Uyğur İnsan Haqları Vəkillik Layihəsinin icraçı direktoru Mehmet Tohti ilə görüşərək müzakirə aparıb.

Nəşr əlavə edir ki, cari ilin fevralında Kanada İcmalar Palatası Çinin uyğurlara qarşı əməllərini soyqırım kimi tanısa da iyunun 29-da Senat bunu etməkdən çəkinib. Belə bir layihəni Senata məhz senator L.Housakos təqdim edib.

Senator bildirib ki, “Çinin totalitar rejimi insanlığa qarşı bu vəhşilikləri və cinayətləri gerçəkləşdirərkən cəzasız qalır”. Ona görə də “biz bunları görməzlikdən gələ bilmərik”.

Mission News Theme by Compete Themes.