Press "Enter" to skip to content

İkinci doza vaksini olmayanlara qapılar qapandı

Bayraqdar.info – “Peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

“İkinci doza üzrə peyvənd olunmayan, yaxud COVID-19-a qarşı immunitet sertifikatı olmayan şəxslər iri ticarət mərkəzlərinə, kafe və restoranlara buraxılmır.

“Bu və digər sahələr üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.”

Bu sözləri Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Elşad Hacıyev özünün sosial media hesabında bildirib.

Mission News Theme by Compete Themes.