Press "Enter" to skip to content

Hərbi Məktəbin orkestri beynəlxalq festivalda – VİDEO

Bayraqdar.info – Türkiyənin Bursa şəhərində müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə birinci Beynəlxalq Orkestrlər Festivalı keçirilib.

Festivalda Azərbaycanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Orkestrinin 30 nəfərlik nümayəndə heyəti təmsil edib.

Müxtəlif ölkələrdən qatılan orkestr nümayəndələri Bursa şəhərində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Hərbi orkestrlərin çıxışları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər bayraqdar.info-ya oktyabrın 7-də Müdafiə Nazirliyindən verilib.

Mission News Theme by Compete Themes.