Press "Enter" to skip to content

Beynəlxalq Türk Akademiyası yeni binaya sahib oldu

Bayraqdar.info – Oktyabrın 29-da Qazaxıstanın paytaxtı Nur-Sultanda Dövlət katibi Kırımbek Köşerbayevin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının (BTA) yeni binasının açılışı olub. Mərasimdə BTA prezidenti Darxan Kıdırali, Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Rayımkulova, xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin bu ölkədəki səfirləri və səfirlik nümayəndələri, nüfuzlu elm adamları, ictimai xadimlər, millət vəkilləri, iştirak ediblər.

Bu haqda xəbəri oktyabrın 29-da BTA yayıb.

Xəbərdə daha sonra qeyd edilir: “Türk Akademiyası iki binada yerləşir. Binalardan biri inzibati, digəri Türk Muzeyi və Türkologiya Kitabxanası üçün nəzərdə tutulub.

“2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvəsində Qazaxıstan Prezidenti – Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu ilin 25 may tarixində fəaliyyətə başlayıb. 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status qazanıb.

“Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, Türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir”.

Mission News Theme by Compete Themes.